Azərbaycan Respublikasında fond bazarının formalaşması və inkişaf istiqamətləri
Müəllif | Məmmədov Yaşar Əzimağa oğlu |
---|---|
Nəşr olunduğu il | 2016 |
Elm sahəsi | İqtisad elmləri |
Nəşriyyat | AVROPA |
Nəşr yeri | Bakı |
Məmmədov Yaşar Əzimağa oğlu. Azərbaycan Respublikasında fond bazarının formalaşması və inkişaf istiqamətləri. Bakı, AVROPA, 2016.
Monoqrafiyada fond bazarlarının inkişaf tarixi və onların fəaliyyətini şərtləndirən səbəblər, bu bazarların fəaliyyət xüsusiyyətləri, təşkili və tənzimlənməsi məsələləri tədqiq
olunur. Həmçinin, müasir Azərbaycan Respublikası üçün əhəmiyyət kəsb edən mühüm bir məsələ kimi bu sahədə beynəlxalq təcürbə həm müxtəlif aspektlərdən, həm də ayrı-ayrı ölkələrin təcürbəsi baxımından dəyərləndirilir. Tədqiqatda ümumilikdə Azərbaycanda maliyyə-fond bazarının inkişaf mərhələləri müxtəlif dövrlər baxımından da araşdırılır. Ölkədə fond bazarının müasir vəziyyəti, inkişaf xüsusiyyətləri, meyilləri və problemləri sistemli şəkildə təhlil olunaraq, qiymətləndirilir. Nəticə olaraq Azərbaycan
Respublikasında fond bazarının inkişafı ilə bağlı təklif və tövsiyyələr irəli sürülür.