Təbiət elmlərinin əlaqəli öyrənilməsi (biofizika materialları əsasında)
Müəllif | P. Paşayev |
---|---|
Nəşr olunduğu il | 1977 |
Elm sahəsi | Təbiət elmləri |
Nəşriyyat | Maarif |
Nəşr yeri | Bakı |
P. Paşayev. Təbiət elmlərinin əlaqəli öyrənilməsi (biofizika materialları əsasında). Bakı, Maarif, 1977.
Məktəbdə tədrisin əsas fənni ayrılıqda götürülmüş fizika, kimya, biologiya və s. deyil, bütövlükdə götürülmüş təbiət elmləridir. Müəllif, elmin son nailiyyətləri əsasında göstərir ki, bir çox təbiət hadisələri təkcə bir təbiət elminin yox, bütün təbiət elmlərinin çərçivəsiidə öyrənildikdə daha aydın başa düşülür. Kitab orta məktəb müəllimləri və ali pedaqoji məktəblərin tələbələri üçün nəzərdə tutulmuşdur, kitabdan orta məktəbin yuxarı sinif şagirdləri də istifadə edə bilərlər.