Klassiklər və müasirlər söz müstəvisində
Müəllif | Şərifova Salidə Şəmməd qızı |
---|---|
Nəşr olunduğu il | 2018 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Şərifova Salidə Şəmməd qızı. Klassiklər və müasirlər söz müstəvisində. Bakı, Elm və təhsil, 2018.
Salidə Şərifovanın “Klassiklər və müasirlər söz müstəvisində” adlı məqalələr toplusunda ədəbiyyatşünaslıq, ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixi, müasir nəsr, həmçinin müasir poeziyanı əhatə edən tənqidi və elmi məqalələr ədəbiyyatın təşəkkül və formalaşma prosesini əks etdirir. Milli ədəbiyyatımızın və onun aktual problemlərinin əks etdirilməsi müxtəlif alim və söz xiridarlarının yaradıcılıqları əsasında həyata keçirilmişdir. Milli ədəbiyyatımızın tarixi təkamül prosesindəki konkret imkanlarını, klassik
ənənələrin spesifik xüsusiyyətlərini, çoxəsrlik ənənələrin üzə çıxarılmasını əhatə edən məqalələr ədəbiyyatşünaslıq üçün gərəklidir və müxtəlif dövrlərdə mətbuatda nəşr edilmiş və elmi dairələrdə səsləndirilmişdir.