Gecə uçuşu
Müəllif | Antuan dö Sent-Ekzüperi |
---|---|
Nəşr olunduğu il | 2007 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Şərq-Qərb |
Nəşr yeri | Bakı |
Antuan dö Sent-Ekzüperi. Gecə uçuşu. Bakı, Şərq-Qərb, 2007.
Ədəbi aləmdə həyatı və yaradıcılığı Sent-Ekzüperidə olduğutək bir-biriylə qırılmaz və üzvi şəkildə bu qədər bağlı ikinci yazıçı adı çəkmək çox çətindir. "Bəşəriyyət səmanın ənginliyini, təyyarəçilik sənətinin romantikasını Sent-Ekzüperinin romanları ilə mənimsəmiş, səmadan yer kürəsinə ilk dəfə fransız yazıçısının gözü ilə baxmış, planetimizin gözəlliyini, zərifliyini Sent-Ekzüperi ilə duymuşdur". Filosof-yazıçıya ilk ədəbi şöhrəti 1931-ci ildə Femina mükafatına layiq görülən "Gecə uçuşu" əsəri qazandırmışdır. "Gecə uçuşu" Sent-Ekzüperinin yalnız ədəbiyyatda deyil, həm də həyatda başlıca devizinin bəşəriyyət qarşısında insanlıq naminə məsuliyyət hissinin aliliyini göstərir. Sent-Ekzüperi etiraf edirdi ki, təyyarəçilərə qulaq asmağı çox sevir; onların danışıqları da raportları kimi aydın və lakonikdir. Həmin aydınlıq, lakonizm və yığcamlıq Sent-Ekzüperi yaradıcılığının, eləcə də "Geca uçuşu"nun səciyyəvi cəhətlərindəndir