Modernləşmə xətti yenə də gündəlikdədir
Müəllif | Ramiz Mehdiyev |
---|---|
Nəşr olunduğu il | 2008 |
Elm sahəsi | Siyasət. Siyasi elmlər |
Nəşriyyat | Şərq-Qərb |
Nəşr yeri | Bakı |
Ramiz Mehdiyev. Modernləşmə xətti yenə də gündəlikdədir. Bakı, Şərq-Qərb, 2008.
Bu məqaləni yazmaq ideyası birdən-birə yaranmamışdır. Mən dəfələrlə götür-qoy etdiyim məsələlər barədə fikirlərimi çoxdan söyləmək niyyətində idim. Açığını deyim ki, məni yazı masası arxasına keçməyə sövq edən bir neçə ay bundan əvvəl "Bakinski raboçi" və "Azərbaycan" qəzetlərində dərc edilmiş, respublikanın ictimai dairələrində geniş marağa səbəb olmuş və sonradan ayrıca kitab şəklində çap edilmiş "İnkişaf strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" adlı məqaləm oldu. Mən yerli və xarici oxuculardan bu məqalə barədə dəfələrlə həm tərifli rəylər, həm də mənim baxışlarımdan fərqli fikirlər eşitmişəm. Təbii ki, bir məqalə toxunmaq istədiyim aktual məsələlərin hamısını əhatə edə bilməzdi. Buna görə də əvvəlki məqalədə toxunduğum bəzi tezislərə yenidən qayıtmağı və ölkənin modernləşmə xətti kontekstində yeni məqamları müəyyənləşdirməyi zəruri hesab etdim.