Müasir Azərbaycan: dövrün baxışında: I cild
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2011 |
Elm sahəsi | Siyasət. Siyasi elmlər |
Nəşriyyat | Oskar NPM |
Nəşr yeri | Bakı |
. Müasir Azərbaycan: dövrün baxışında: I cild. Bakı, Oskar NPM, 2011.
Milli suverenlik hüququnu reallaşdırmaq, azad və müstəqil yaşamaq imkanı qazanmaq hər bir xalqın özünüifadəsini şərtləndirən əsas amil ol- maqla onun tarixinin ən şanlı və parlaq səhifə- lərindən birini təşkil edir. Azərbaycan xalqı da milli müstəqillik nemətinə qovuşmaq uğrunda ta- rixi təkamül və mübarizə yolu keçmiş, qurbanlar bahasına azad ölkədə yaşamaq istəyini təmin et- mişdir. Dünya tarixinə həm iki dünya müharibəsi- nin, həm də elmi-texniki tərəqqinin yaşandığı əsr kimi daxil olan XX yüzillikdə ikinci dəfə dövlət müstəqilliyini əldə edən Azərbaycanda kommunist rejiminin süqutu ilə milli dövlətin formalaşması, onun yeni təbii-tarixi inkişaf yoluna çıxması müm- kün olmuşdur.