Müasir Azərbaycan: dövrün baxışında: II cild
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2011 |
Elm sahəsi | Siyasət. Siyasi elmlər |
Nəşriyyat | Oskar NPM |
Nəşr yeri | Bakı |
. Müasir Azərbaycan: dövrün baxışında: II cild. Bakı, Oskar NPM, 2011.
Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyi təhdid edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 20 illik müstəqillik tariximizin ən ciddi prob- lemi olaraq qalır. Ermənistan və Azərbaycan arasında 1994-cü ilin 12 mayında atəşkəs rejiminin tətbiqini nəzərdə tutan Bişkek müqaviləsinin imzalanmasından 17 il ötsə də, İrəvanın qeyri-konstruktiv, təcavüzkar siyasəti üzündən beynəlxalq birliyin münaqişəni dinc yolla tənzimləmək cəhdləri hələ ki fayda vermir. Ötən İllərdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) fəal vasitəçiliyi ilə aparılan üzücü və gərgin danışıqlar prosesi bir neçə dəfə problemin real həll müstəvisinə yönəlsə də, Ermənistan rəhbərliyinin aşkar siyasi cığallığı və siyasi qətiyyətsizliyi üzündən sülhə gəlmək mümkün olmamışdır.