VƏTƏNDAŞIN BÜDCƏ BƏLƏDÇİSİ 2025
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2025 |
Elm sahəsi | İqtisad elmləri |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
. VƏTƏNDAŞIN BÜDCƏ BƏLƏDÇİSİ 2025. Bakı, , 2025.
“Vətəndaşın büdcə bələdçisi” nəşri ilə növbəti dəfə görüşünüzə gəlmişik. Əvvəlki illərdə
olduğu kimi bu dəfə də çalışmışıq dövlət büdcəsi barədə sizə ətraflı məlumat verək. O büdcə
ki, böyük Azərbaycan ailəsinin gəlir və xərclərini özündə birləşdirir. Dövlət büdcəsi övladlarımızın yüksək səviyyəli təhsilində, əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxışında, pensiyaçıların
və əlillərin zəruri sosial təminatında əsas qarant rolunu oynayır. Bu büdcə ölkənin hərbi qüdrətinin güclənməsinin, təhlükəsizliyinin təmin edilməsinin, fövqəladə halların vaxtında aradan
qaldırılmasının zəmanətçisidir. Çünki dövlət büdcəsi olmasa, müəllimlərin, həkimlərin, hərbiçilərin, məmurların, polislərin maaşlarını, pensiyaçıların, əlil şəxslərin və tələblərin təqaüdlərini,
imkansızların sosial yardımlarını ödəmək mümkünsüz olar. Dövlət büdcəsi olmasa, kənd təsərrüfatında çalışan fermerlərimiz subsidiyalar və texnikalar, kiçik və orta sahibkarlıq subyektləri
güzəştli kreditlər əldə edə bilməzlər. Ən nəhayət dövlət büdcəsi bizə imkan verir ki, işğaldan
azad olunmuş ərazilərdə irihəcmli infrastruktur layihələri həyata keçirək, 30 illik işğaldan sonra
azad olunmuş Qarabağ və Şərqi Zəngəzur regionunu yenidən dirçəldək. Dövlət büdcəsi, həmçinin bizə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirə ev sahibliyi etmək imkanı
verib.