VƏTƏNDAŞIN BÜDCƏ BƏLƏDÇİSİ 2006
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2006 |
Elm sahəsi | İqtisad elmləri |
Nəşriyyat | Ekspert iqtisad jurnalı |
Nəşr yeri |
. VƏTƏNDAŞIN BÜDCƏ BƏLƏDÇİSİ 2006. , Ekspert iqtisad jurnalı, 2006.
Azərbaycan Respublikası Milli Məclisinin təsdiq etdiyi 2006-cı ilin büdcəsi fəaliyyətdədir. Artıq cəmiyyət üzvləri rəsmi açıqlamalar və kütləvi informasiya vasitələri tərəfindən yazılan məlumatlardan cari ilin əsas inkişaf istiqamətlərindən müəyyən qədər xəbərdardır. Sizə təqdim olunan kitabda əhalinin həyat səviyyəsinin, dövlətin qüdrət mənbəyini təşkil edən iqtisadi- sosial proseslərin daha geniş mənzərəsi verilmişdir. Bu da büdcənin dərindən qavranılması ve onun müvəffəqiyyətli icrası üçün hər bir vətəndaşın canla- başla fəaliyyət göstərməsinə rəvac verəcəyinə zəmin yaradır. Yeni inkişaf üfüqlərinə çıxmış Azərbaycan artıq öz uğurlarını beynəlxalq təcrübə ilə müqayisə etmək haqqını qazanmışdır. Ümid edirik ki, kitabda təsbit olunan yeniliklər "beynəlxalq təcrübə", "büdcə terminlərinin izahı" oxucular
tərəfindən maraqla qarşılanacaqdır. Kitabda 2006-cı ilin proqnoz büdcəsi ilə bağlı məlumatlar yeni Azərbaycan manatı ilə təqdim olunur.