GERIYƏ

20 Yanvar şəhidləri: kataloq

Müəllif
Nəşr olunduğu il 2018
Elm sahəsi Tarix
Nəşriyyat Elm
Nəşr yeri Bakı

. 20 Yanvar şəhidləri: kataloq. Bakı, Elm, 2018.

1990-cı ilin 20 Yanvar günü Azərbaycanın azadlığı və arazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi qanlı yanvar günlərində Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Hamin faciali günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mard Vətən övladları canlarından keçərək, şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Sovet İttifaqı Kommunist Partiyasının Baş katibi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə artıq dözə bilməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də müba- rizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.