GERIYƏ

Vilyam Şekspir. Seçilmiş əsərləri. İki cilddə. Il cild

Müəllif Mirzə İbrahimov, Anar, Sabir Mustafa
Nəşr olunduğu il 2004
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Öndər nəşriyyat
Nəşr yeri Bakı

Mirzə İbrahimov, Anar, Sabir Mustafa. Vilyam Şekspir. Seçilmiş əsərləri. İki cilddə. Il cild. Bakı, Öndər nəşriyyat, 2004.

Teatr sənətinin qüdrətli ustası Vilyam Şekspirin yaradıcılığı son dərəcə şairanə bir keyfiyyətə malikdir. O, dram əsərlərinin əksəriyyətini şeirlə yazmışdır. Təpədən dırnağa şair olan Şekspirin bütün ideya və obrazlar aləmi də şairanədir. Dahi dramaturqun bir çox qəhrəmanları belə əsl mənada şair olub, öz fikir və duyğularını lirik şeirlər, sonetlər vasitəsilə ifadə edirlər. Ehtiraslar tərənnümçüsü, "ürək ustası" Şekspirin qüdrətli və parlaq istedadının məhsulu olan sonetlərində həyat hadisələrinə, insan ömrünə fəlsəfi baxış, hər şeyə qadir məhəbbətin əbədiliyi əsas motivlərdir. Bu kıtaba müəllifin şeir yaradıcılığının zirvəsi sayılan sonetlərlə yanaşı, pak sevgidən və əsl dostluq münasibətlərindən danışan "Heç nədən hay-küy" komediyası, mövzusu romantik, saf məhəbbətdən alınmış "Fırtına" tragikomediyası, eləcə də "Təhqir olunmuş saflıq" əsəri daxil edilmişdir