Yusif və Züleyxa
Müəllif | Mustafa Zərir |
---|---|
Nəşr olunduğu il | 2006 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Şərq-Qərb |
Nəşr yeri | Bakı |
Mustafa Zərir. Yusif və Züleyxa. Bakı, Şərq-Qərb, 2006.
XIII-XIV əsrlərdə Azərbaycan dilində meydana gələn ilk yazılı abidələrimizin mövzusu əsasən Qurani-Kərimdəki Yusif və Züleyxa qissəsindən götürülmüşdür. Şərqi Anadoluda yaşayıb-yaradan Azərbaycan şairi Mustafa Zərir də bu mövzunu hicri 768-ci (miladi 1367-ci ildə nəzmə çəkmişdir. Abidənin orijinalı İstanbul Universitetinin kitabxanasında saxlanılır. Əsərin geniş oxucu kütləsinin sərəncamına təqdim etdiyimiz variantı ilk dəfə Bakıda 1991-ci ildə "Elm" nəşriyyatında işıq üzü görmüş elmi mətni əsasında hazırlanmışdır. Kitabın ön sözü mərhum alimimiz Şaməddin Xəlilovun tədqiqatı əsasında yenidən işlənmişdir