GERIYƏ

Xaqani Şirvaninin ərəbcə əsərlərinin izi ilə

Müəllif Zeynalova Elnarə Aydın qızı
Nəşr olunduğu il 2024
Elm sahəsi Ədəbiyyat və dilçilik
Nəşriyyat Elm
Nəşr yeri Bakı

Zeynalova Elnarə Aydın qızı. Xaqani Şirvaninin ərəbcə əsərlərinin izi ilə. Bakı, Elm, 2024.

Monoqrafiyada Xaqani Şirvaninin ərəbcə yazdığı əsərlər, Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə olaraq, geniş tədqiqata cəlb edilmiş və Xaqani irsi ilə bağlı yeniliklər həmin kontekstdə təqdim edilmişdir. Şairin ərəbcə əsərləri ilə yanaşı, farsca yaradıcılığına da müraciət edilmiş, onların tərcümə və şərhlərində yol verilən nöqsanlardan bəhs edilmişdir. Tədqiqat əsnasında Azərbaycan, Türkiyə, Rusiya və İrlandiya kitabxanalarının əlyazma fondları araşdırılmış, şairin ərəbcə əsərlərinin öyrənilməsində əhəmiyyətli hesab olunan əlyazma nüsxələri tədqiqata cəlb edilmiş, onların paleoqrafik və tekstoloji xüsusiyyətləri barədə məlumat verilmişdir. Həmin əlyazmalardan istifadə olunaraq şairin ərəbcə yazdığı əsərlərin – şeirlərin və müqəddimələrin (məktubları bura aid etmirik) elmi-tənqidi mətni hazırlanmışdır. Gələcəkdə daha da təkmilləşdirilməsi nəzərdə tutulan həmin mətn, əsərin həcminə görə sıralanmaqla, monoqrafiyanın sonunda öz əksini tapmışdır.