İnkişaf - məqsədimizdir: yüz iyirmi doqquzuncu kitab: may 2023-iyul 2023
Müəllif | Əliyev İlham Heydər oğlu |
---|---|
Nəşr olunduğu il | 2023 |
Elm sahəsi | Dövlətçilik, Siyasət |
Nəşriyyat | Azərnəşr |
Nəşr yeri | Bakı |
Əliyev İlham Heydər oğlu. İnkişaf - məqsədimizdir: yüz iyirmi doqquzuncu kitab: may 2023-iyul 2023. Bakı, Azərnəşr, 2023.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oxu-culara təqdim olunan «İnkişaf məqsədimizdir» çoxcildliyinin bu cildində dövlət başçısının Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla Bakıda görüşünə, Türkiyə və Moldovaya, Belçika Krallığına işgüzar səfərlərinə, o cümlədən Bakı Ekspo Mərkəzində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz, 11-ci Xəzər Beynəlxalq Energetika və «Yaşıl enerji» sərgilərinin açılışı mərasimin-də, «Avropa siyasi birliyi» 2-ci Zirvə toplantısının açılışı çərçivəsində enerji təhlükəsizliyi məsələsinə həsr edilmiş dəyirmi masada çıxışı və tədbirdə iştirakına, bir sıra digər görüşlərinə dair mate-riallar toplanmışdır.
Kitabda, həmçinin dövlət başçısının 2023-cü ilin 6 ayının so-sial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə genişməzmunlu çıxışı, Qurban bayramı münasibəti ilə Azərbaycan xalqına təbriki yer almışdır.