GERIYƏ

Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər). Üç cilddə, II cild (İkinci kitab)

Müəllif Faiq Ələkbərli
Nəşr olunduğu il 2024
Elm sahəsi Fəlsəfə
Nəşriyyat Elm və təhsil
Nəşr yeri Bakı

Faiq Ələkbərli. Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər). Üç cilddə, II cild (İkinci kitab). Bakı, Elm və təhsil, 2024.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin (Qəzənfəroğlu) "Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)" adlı əsərinin ikinci cildində XX əsr Quzey Azərbaycan Türk fəlsəfi fikrinin inkişaf yollarından və bu fəlsəfi fikrin tanınmış Azərbaycan Türk mütəfəkkirlərinin dünyagörüşlərindən bəhs olunur. Müəllif burada Quzey Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinin inkişaf yollarını üç istiqamətdə təhlil etmişdir: 1) Milli-demokratik və siyasi-fəlsəfi ideya cərəyanları: türkçülük/azərbaycançılıq, müasirlik və islamçılıq (Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, M.B.Məhəmmədzadə, Ü.Hacıbəyli, N. Yusifbəyli, H.Baykara və b.); 2) Marksizm-leninizm ideologiyası: milli təmayülçülük və beynəlmiləlçilik (N.Nərimanov, S.M.Əfəndiyev, R.Axundov, H.Hüseynov, S.Ağamalıoğlu və b.); 3) Milli maarifçilik fəlsəfəsi: romantizm və realizm (C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, M.Ə.Sabir, H.Cavid, A.Şaiq, A.Səhhət, M.Hadi və başqaları)