GERIYƏ

İdarəetmə nəzəriyyəsi (Ali məktəblər üçün dərslik)

Müəllif
Nəşr olunduğu il 2012
Elm sahəsi Sosial elmlər
Nəşriyyat Elm və təhsil
Nəşr yeri Bakı

. İdarəetmə nəzəriyyəsi (Ali məktəblər üçün dərslik). Bakı, Elm və təhsil, 2012.

Azərbaycanda idarəetmənin ayrı-ayrı sahələri ilə bağlı bir sıra kitablar işıq üzü görsə də, ümid edirik ki, "İdarəetmə nəzəriyyəsi" (dərslik) özünməxsusluğu ilə seçiləcəkdir. İlk dəfə idarəetmənin bütün sahələri (fəlsəfi, siyasi, iqtisadi, sosial, mədəni və b.) bir kitabda konspektləşdirilmişdir. Eyni zamanda birinci dəfə bu dərslikdə Qərb dövlətlərinin (ABŞ, Fransa, Böyük Britaniya, İsveç və b.), o cümlədən Yaponiya, Çin, Hindistan, Rusiya və başqa ölkələrin idarəetmə nəzəriyyələri ümumiləşdirilərək müqayisələr aparılmış, idarəetmənin qanunları, funksiyaları, metodları, qərarların qəbulu incələnmiş və onun cəmiyyətin həyatında rolu göstərilmişdir. Eyni zamanda bu kitabda ilk dəfə olaraq Azərbaycan xalqının idarəetmə təfəkkürünün yaranması və inkişafı, Azərbaycan Cümhuriyyəti və müstəqilliyimizin yeni dövründə demokratik idarəetmə prinsipləri öz əksini tapmışdır. Kitabdan ali məktəb müəllimləri, tələbələr, idarəetmə sahəsində çalışan bütün şəxslər, eləcə də idarəetmə dünyagörüşünə malik olmaq istəyən hər bir şəxs istifadə edə bilər. Qeyd edək ki, bu kitab dərslik olduğu üçün bir çox xarici və yerli müəlliflərin idarəetmə və bu sahə ilə bağlı kitablarından, monoqrafiyalarından mənbə kimi yararlanılmış, dərsliyin hazırlanması qanunauyğunluğu ilə həmin müəlliflərin adları yalnız istifadə olunmuş ədəbiyyat siyahısında göstərilmişdir.