GERIYƏ

Mifologiya və folklor: nəzəri-metodoloji kontekst

Müəllif Seyfəddin Rzasoy
Nəşr olunduğu il 2008
Elm sahəsi Ədəbiyyat və dilçilik
Nəşriyyat Nurlan
Nəşr yeri Bakı

Seyfəddin Rzasoy. Mifologiya və folklor: nəzəri-metodoloji kontekst. Bakı, Nurlan, 2008.

Monoqrafiyada Azərbaycan və dünya folklorşünaslığının XX əsrdəki elmi-nəzəri təcrübəsi əsasında «Folklor nədir» sualına cavab axtarılmış, folklor etnokosmik düşüncə modeli, etnik özünüifadə və davranış kodu kimi səciyyələndirilmiş, mif-folklor-ədəbiyyat münasibətlərinin dialektik strukturu, ədəbi düşüncənin strukturu və metod problemi, ədəbi düşüncə tarixi və struktur-semiotik təhlil metodu, folklorun struktur-semiotik metodla öyrənilməsi təcrübəsi, elmdə ka- teqorial-epistemoloji əyarlandırma zərurəti, oğuz mifi» anlayışı, türk mif metamodeli anlayışı, epos anlayışı, Oğuznamə eposu anlayışı, mif və müqayisəli-tarixi təhlil metodu, oğuz mifinin strukturunun təhlili, oğuz mifinin struktur təhlili, struktur və strukturalizm anlayışları, model və dünya modeli anlayışları, oğuz mifi və struktur-semiotik təhlil metodu, oğuz mifinin metodoloji təhlil modeli və Azərbaycan mifologiyası problemi və s. kimi məsələlərdən bəhs olunmuşdur