GERIYƏ

Roma - şirin ev yaxud Katolik Kilsəsinə daxil olmağımız

Müəllif Skot və Kimberli Han
Nəşr olunduğu il 2018
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat
Nəşr yeri Bakı

Skot və Kimberli Han. Roma - şirin ev yaxud Katolik Kilsəsinə daxil olmağımız. Bakı, , 2018.

Skot və Kimberli Hanın həyatları və çevrilmə tarixi bizim imansız və tənəzzül dövrümüzdə gözəl və parlaq ümid ulduzları kimidir. Onların həyatı ABŞ-dakı Katolik kilsəsində gözlənilmədən baş verən hekayələrdən biridir. Başqa sözlə, qar örtüyünün altından baş qaldıran yaz güllərini xatırladır. Hər bir həyatın dəyişmə hekayəsi təkrar olunmazdır. Sanki barmaq izləridir. Hər biri də çox dramatikdir. İnsanın Məsih Kilsəsinə gəlmədən yalnız İsa Məsihə gəlməsi daha dramatikdir. Məsihçi və ya katolik olmaq eyni yolda, eyni istiqamətə atılan iki addımdır. Han ailəsinin hekayəsi bu həqiqətin sübutudur. Ruhani həyat insan tərəfindən öz Yaradanını tapmaq və Allah tərəfindən isə itirilən, yaxud batmış insan canını xilas etmək deməkdir. Hər bir həyatın dəyişmə hekayəsi əhəmiyyətli və ibrətamizdir, amma heç biri bu kitabdakı hekayə qədər təsiredici və cəlbedici deyil