Quran oxumağa giriş
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2020 |
Elm sahəsi | Din |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
. Quran oxumağa giriş. Bakı, , 2020.
Əziz oxucu!
Əlinizdə olan bu kitab bir çox kitablara müraciət edilərək hazırlanmışdır. Məqsədimiz Qurani-Kərimi öyrənmək istəyənlər üçün sadə və asan oxunulan bir kitab hazırlamaqdır. Kitabda olan qaydaların rahat başa düşülməsi üçün hərfləri bəzən rəngli qeyd etmişik. Quran oxumağı öyrənmək istəyənlər, bu kitabı müəllim ilə keçməlidirlər. Çünki, müəllimsiz hərflərin düzgün tələffüzünü öyrənmək mümkün deyil. Ona görə qaydaları tam öyrənənə kimi müəllimin köməyindən istifadə etmək lazımdır. Həmçinin əlinizdə olan bu kitab Qurani-Kərimi tam və qaydalara uyğun şəkildə oxumaq üçün kifayət deyil. Quranı qaydalara riayət edərək oxumaq üçün təcvid elmindən bəhs edən kitabdan da istifadə etmək lazımdır, çünki təcvid elmini öyrənmək zəruridir.