GERIYƏ

İqtisadi təhlil. Dərslik

Müəllif Mahmudov İ.M., Zeynalov T.Ş., İsmayılov N.M
Nəşr olunduğu il 2010
Elm sahəsi İqtisad elmləri
Nəşriyyat İqtisad Universiteti Nəşriyyatı
Nəşr yeri Bakı

Mahmudov İ.M., Zeynalov T.Ş., İsmayılov N.M. İqtisadi təhlil. Dərslik. Bakı, İqtisad Universiteti Nəşriyyatı, 2010.

<<İqtisadi təhlil>> kursunun tədris proqramına uyğun olaraq dərsliyin birinci hissəsində iqtisadi təhlilin elmi və nəzəri əsasları, onun məzmunu, vəzifələri, predmeti, metodu, təşkili və aparılması ardıcıllığı şərh olunur, onun digər elmlərlə (mühasibat uçotu, statistika, audit, menecment, marketinq, planlaşdırma, təftiş və nəzarət) qarşılıqlı əlaqələri aydınlaşdırılır, inkişaf etmiş ölkələrdə iqtisadi təhlilin təşkili nəzəriyyəsinin və praktikasının inkişafı təcrübəsindən istifadə istiqamətlərinə dair məsləhətlər verilir. Dərsliyin ikinci hissəsində iqtisadi təhlilin əsas obyektlərinin, yəni müəssisənin maliyyə nəticələri və maliyyə vəziyyətinin, təsərrüfat fəaliyyətinin son nəticələrinə bilavasitə təsir göstərən məhsul (iş və xidmətlər) istehsalı, satışı və maya dəyərinin, risklərin, əmək və material resurslarından, əsas fondlardan istifadənin, təşkilatın marketinq fəaliyyətinin təhlili metodikası uzun bir dövr ərzində ölkə müəssisələrində sınaqdan çıxmış və bazar iqtisadiyyatı şəraitində böyük inkişaf yolu keçmiş xarici ölkələrin təcrübəsinə istinad etməklə şərh olunur. Dərslikdə verilən rəqəm məlumatları şərti xarakter daşıyır.