777 SUAL... DÜŞÜNDÜRÜCÜ, ƏYLƏNCƏLİ ENSİKLOPEDİK TOPLU
Müəllif | SABİR GƏNCƏLİ |
---|---|
Nəşr olunduğu il | 2008 |
Elm sahəsi | Elm və təhsil |
Nəşriyyat | Azərbaycan nəşriyyatı |
Nəşr yeri | Bakı |
SABİR GƏNCƏLİ. 777 SUAL... DÜŞÜNDÜRÜCÜ, ƏYLƏNCƏLİ ENSİKLOPEDİK TOPLU. Bakı, Azərbaycan nəşriyyatı, 2008.
Beş il əvvəl xoş gecələrin birində mənalı bir yuxu gördüm. Yuxuda elə bil kimsə mənə bu kitabı yazmağı, uşaqlarımıza bir yadigar qoymağı tövsiyə edirdi. Ayıldım. Yuxum qaçdı. Səhərə kimi yerimdə bu maraqlı işin ətrafında düşündüm. Kitabın adını, mövzusunu, bölmələrini gözümün önünə gətirdim. Ürəyimə elə həvəs gəldi ki, bu işi hər cür çətinliyə baxmayaraq həyata keçirməyi qərara aldım. Allaha çox şükür ki, hər gün bu xeyirxah işlə məşğul olmağa özümdə həvəs, güc tapdım. İndi bu xazinanin qapılan Sizin üzünüzə açıqdır. Burada ən qədim dövrdən indiyə kimi kainat, varlıq, tarix, coğrafiya, ədəbiyyat, elm, incəsənət haqqında, elm, mədəniyyət, incəsənət xadimlərinin dəyərli fikirləri, xalqlar və ölkələr, gözəl yurdumuz, bir sözlə, dünyada baş vermiş ən maraqlı hadisələr, müdrik kəlamlar barədə yığcam, ensiklopedik məlumat verilir. Məqsəd uşaqlanmızın və gənclərimizin dünyagörüşünü, biliyini artırmaqdır. Planetimiz o qədər geniş və zəngindir ki, həmin elmi məlumatlan bir topluda ətraflı şərh etmək mümkün deyildir. Bunun üçün qalaq-qalaq kitablar yazmaq gərək olardı. Biz həmin tükənməz xəzinədən yüzlərlə suala cavab verən sirlan açıb oxucularımıza çatdırmağı özümüzə borc bildik. Bu ensiklopedik toplunu hazırlamaq üçün çoxlu ədəbiyyat, tarixi mənbə, mətbu yazılar oxumaq, toplamaq lazım idi. Minnətdarliq hissilə qeyd etmək istəyirəm ki, çox çətin, ağır zəhmət tələb edən bu işi görməkdə hörmətli qələm sahiblərinin, onların maraqlı tədqiqatlanının, kitablarının, mətbuatda dərc edilmiş məqalələrinin böyuk köməyi olmuşdur. Anı çiçəklərdən şirə çəkən kimi, biz də ağıl, kamal sahiblərinin söz, bilik xəzinəsinden an maraqlı inciləri toplayıb bu kitaba yığmışıq. Ondan hamı məktəbli də, valideyn də, müəllim də, krossvord, viktorina, sou oyunlarının həvəskarlan da faydalanacaqlar Bu əyləncəli ensiklopedik toplu bədii formada tərtib edilmiş gözəl biliklər aləmidir. Ora baş vuran çox şey öyrənə bilər