Beynəlxalq ticarət əməliyyatları
Müəllif | Qəribov Asəf Heydər oğlu, Əzizov Anar Əli oğlu, Əhmədova Sədaqət Elman qızı |
---|---|
Nəşr olunduğu il | 2017 |
Elm sahəsi | İqtisad elmləri |
Nəşriyyat | Bakı Biznes Universiteti |
Nəşr yeri | Bakı |
Qəribov Asəf Heydər oğlu, Əzizov Anar Əli oğlu, Əhmədova Sədaqət Elman qızı. Beynəlxalq ticarət əməliyyatları. Bakı, Bakı Biznes Universiteti, 2017.
Müasir dövrdə dünya ölkələri arasında iqtisadi əlaqələrin əsasını həyata keçirilən müxtəlif istiqamətli ticarət əməliyyatları təşkil edir. Ticarət cəmiyyətin müəyyən inkişaf mərhələsində əmtəə istehsalı ilə birlikdə, yəni əmək məhsulunu öz istehsakı üçün yox, satışı üçün istehsal edildiyi mərhələdə meydana gəlmişdir. Müasir dövrdə bazar sistemini qurmağa çalışan ölkələrin milli iqtisadiyyatlarının inkişafı təkcə daxili imkanlarla deyil, həm də beynəlxalq iqtisadi münasibətlərin əsas forması olan xarici ticarətdən səmərəli surətdə istifadə edilməsi ilə sıx əlaqədardır. Bu baxımdan ölkələr arasında iqtisadi münasibətlər sisteminin müxtəlif istiqamətlərinin həyata keçirilməsi yollarını özündə birləşdirən beynəlxalq ticarət əməliyyatların inkişaf meyllərinin, prinsiplərinin, mexanizmlərinin, tənzimlənməsinin və təkmilləşdirilməsinin öyrənilməsi mühüm həm nəzəri, həm də əməli əhəmiyyətə malikdir. Bununla əlaqədar, qeyd edilən istiqamətlərdə umumiləşdirilmiş tədqiqatlara əsaslanaraq hazırlanan dərs vəsaitinin, fənnin tədrisi prosesində rolu böyükdür.