GERIYƏ

Logistikanın əsasları: II hissə

Müəllif İmanov Telman İman oğlu
Nəşr olunduğu il 2005
Elm sahəsi İqtisad elmləri
Nəşriyyat Təhsil NPM
Nəşr yeri BAKI

İmanov Telman İman oğlu. Logistikanın əsasları: II hissə. BAKI, Təhsil NPM, 2005.

Dərsliklə dünyada inkişafı intensiv xarakter alan yeni elmi sahə iqtisadiyyatda material axınlarının təşkili və idarə edilməsi prosesləri haqqında nəzəri və praktiki biliklər verən logistika sistemli şəkildə göstərilir. Müəllif logistikanın terminoloji aparatı, konsepsiyası və metodoloji əsaslarını təhlil edir, logistik idarəetmənin obyektlərini və funksiyalarını, logistik sistemləri hərtərəfli nəzərdən keçirir. İstehsal və mübadilə sterasında material axınlarının logistik təşkili və idarə edilməsi məqsədilə bir- birilə üzvi əlaqədə olan logistikanın ayrı-ayrı funksional sahələri tədarü kat, istehsal, bölüşdürmə, ehtiyat, informasiya, nəqliyyat və anbar logistikası geniş və müfəssəl izah edilir. Dərslik Dövlət Təhsil Stardartları çərçivəsində «İqtisadi resursların idarə edilməsi (11 012600) ixtisası üzrə ali peşə təhsilinə müvafiq təhsil proqramı əsasında hazırlanmışdır. Dərslik iqtisad yönümlü ali məktəb tələbələri üçün nəzərdə tutulmuşdur. Bu aspirant və dinləyicilər üçün faydalı olmaqla, ondan praktik fəaliyyət məqsədilə firma və müəssisələrin logistika va marketinq şöbələrinin əməkdaşları da istifadə edə bilərlər.