Kitabxanaşünaslığa giriş: Dərslik. III hissə
Müəllif | Xələfov Abuzər Alı oğlu |
---|---|
Nəşr olunduğu il | 2003 |
Elm sahəsi | İnformasiya-sənəd menecmenti |
Nəşriyyat | Bakı Universiteti Nəşriyyatı |
Nəşr yeri | Bakı |
Xələfov Abuzər Alı oğlu. Kitabxanaşünaslığa giriş: Dərslik. III hissə. Bakı, Bakı Universiteti Nəşriyyatı, 2003.
Azərbaycan dilində ilk dəfə yazılan, milli ənənələrimizə söykənən bu dərslikdə Kitabxanaşünaslığa girişə fənninin ən mühüm hissəsi olan Kitabxana işı haqqında təlimə bölməsi işıqlandırılmışdır. Dərslikdə kitabxana işinin ümumi xarakteristikası və kitabxana sistemlərinin təhlili verilir, kitabxana işi, onun təşkili, mahiyyəti, əhəmiyyəti və vəzifələrı haqqında biliklər sistemləşdirilir, konkret elmi nəticələr çıxarılır. Burada həmçinin respublikamızın kitabxana sistemləri və şəbəkələri haqqında çox geniş məlumat verilir. Son 80 ildə əhaliyə kitabxana xidmətinin təşkili sahəsində onların fəaliyyətinin mənzərəsi yaradılır. Kitabda müasir şəraitdə böyük elmi və praktik əhəmiyyət kəsb edən kitabxana sistemlərinin formalaşması konkret materiallar əsasında təhlil edilir, kitabxana işinin əsas qanunauyğunluqları aşkarlamı, kitabxana işi funksiyalarının əsas prinsipləri haqqında məlumat verilir, kitabxana işinin elmi idarəedilməsinin əhəmiyyəti, vəzifələri, prinsipləri və qanunları göstərilir. Dərslik Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin, Bakı Madani-Maarif Məktəbinin tələbələri, professor-müəllim heyəti, çoxsaylı kitabxana işçilərə respublikanın bütün kitabxana ictimaiyyəti üçün nəzərdə tutulmuşdur