Azərbaycan Respublikasının Dövlət Bayrağı
Müəllif | ƏHMƏDOV SƏBUHİ, MƏMMƏDOV VÜQAR |
---|---|
Nəşr olunduğu il | 2010 |
Elm sahəsi | Siyasət. Siyasi elmlər |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
ƏHMƏDOV SƏBUHİ, MƏMMƏDOV VÜQAR. Azərbaycan Respublikasının Dövlət Bayrağı. Bakı, , 2010.
1998-ci il martın 13-də Azərbaycan Respublikasının Prezidenti, Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının dövlət atributlarının təbliğatı istiqamətində işin gücləndirilməsi Sərəncamı imzalandıqdan sonra Azərbaycan dövlətçilik tarixinin müxtəlif məsələlərinə həsr olunmuş bir sıra elmi və kütləvi nəşrlər işıq üzü gördü. Bununla belə, Azərbaycan Dövlət Bayrağı, Azərbaycan Dövlət Gerbi, Azərbaycan Himninin yaradılma tarixi, onları təşkil edən elementlərin mənası və tarixdə istifadəsinə həsr olunmuş əsərlərə olan tələbat azalmadı. Təqdim olunan kitab Azərbaycan Dövlət Bayrağının yaradılması tarixi, onu təşkil edən rənglərin və təsvirlərin mənası, tarixdə istifadəsinə həsr olunmuşdur. Kitab elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur