GERIYƏ

Vergilər və vergitutma. Dərslik

Müəllif F.Ə.Məmmədov, A.F.Musayev, M.M.Sadıqov, Y.A.Kəlbiyev, Z.H.Rzayev
Nəşr olunduğu il 2006
Elm sahəsi İqtisad elmləri
Nəşriyyat
Nəşr yeri BAKI

F.Ə.Məmmədov, A.F.Musayev, M.M.Sadıqov, Y.A.Kəlbiyev, Z.H.Rzayev. Vergilər və vergitutma. Dərslik. BAKI, , 2006.

Dərslikdə vergilərin inkişaf tarixindən, vergi nəzəriyyələrinin təkamülündən, vergitutmanın əsas prinsiplərindən bəhs edilmiş, vergilərin əsas funksiyaları, vergi sistemini xarakterizə edən əsas göstəricilər açıqlanmışdır. Dövlətin vergi siyasəti, fiskal siyasət və onun əsas formaları, vergitutma mexanizmi, vergi yükünün müəyyən edilməsi üsulları, vergilərin iqtisadi mahiyyəti barədə ətraflı bəhs edilmişdir. Vergi nəzarəti, vergi planlaşdırması, vergi menecmenti, beynəlxalq vergi planlaşdırması, iqtisadi cəhətdən inkişaf etmiş bir sıra unitar, federativ və konfederativ dövlətlərin vergi sistemləri, iqtisadiyyatın vergi tənzimlənməsi məsələləri geniş şəkildə şərh edilmişdir. Azərbaycan Respublikasının vergi sisteminin strukturunun, ölkədə fəaliyyət göstərən bütün vergi növlərinin hərtərəfli şərhi verilmiş, onların hesablanması ilə bağlı çoxsaylı misallar gətirilmişdir. Dərslik iqtisadi ixtisaslar üzrə təhsil alan tələbələr, magistrlər, aspirantlar, müəllimlər, mühasiblər, iqtisadçılar, auditorlar, vergi sistemi işçiləri və həmçinin vergitutmanın əsaslarını müstəqil surətdə öyrənmək istəyənlər üçün nəzərdə tutulmuşdur.