İNSAN HÜQUQLARI BƏŞƏRİYYƏTİN BAŞLICA İDEYASI
Müəllif | Hikmət Hacızadə |
---|---|
Nəşr olunduğu il | 1999 |
Elm sahəsi | Hüquq elmləri |
Nəşriyyat | INAM PLURALİZM MƏRKƏZİ |
Nəşr yeri | Bakı |
Hikmət Hacızadə. İNSAN HÜQUQLARI BƏŞƏRİYYƏTİN BAŞLICA İDEYASI. Bakı, INAM PLURALİZM MƏRKƏZİ, 1999.
İnsan hüquqları və dövlət hakimiyyətinin məhdudlaşdırılması ideyası bu gün dünyada ictimai inkişaf prosesinə istiqamət verən mühüm ideyalardan biridir. İnsan hüquqları ciddi elmi araşdırmaların predmetinə, daxili siyasətlə bağlı qızğın müzakirə və mübahisələrin mövzusuna, əksər ölkələrin konstitusiyasının ana xəttinə, sülh və əməkdaşlıq haqqında beynəlxalq sazişlərin başlıca məğzinə çevrilmişdir. Dünyanın əksər ölkələrində insan haqları insanın mövcudluğunun və milli inkişafın ən vacib şərti kimi qəbul olunur. Bununla yanaşı, insan hüquqları ideyasının həyata keçirilməsi hələ də bir çox anlaşılmazlıqların, ziddiyyətlərin, ölkədaxili və beynəlxalq gərginliklərin mənbəyi olaraq qalır