XİDMƏT SAHƏLƏRİNİN MARKETİNQİ Dərs vəsaiti
Müəllif | MİRAĞA MƏHƏRRƏM OĞLU ƏHMƏDOV |
---|---|
Nəşr olunduğu il | 2015 |
Elm sahəsi | İqtisad elmləri |
Nəşriyyat | İqtisad Universiteti Nəşriyyatı |
Nəşr yeri | BAKI |
MİRAĞA MƏHƏRRƏM OĞLU ƏHMƏDOV. XİDMƏT SAHƏLƏRİNİN MARKETİNQİ Dərs vəsaiti. BAKI, İqtisad Universiteti Nəşriyyatı, 2015.
Xidmət marketinqi müştərilərin xüsusi tələbatlarının aşkar edilməsinə yönəldilmiş bu və ya digər xidmətlərin yaradılması (işlənməsi), yeridilməsi və reallaşdırılması prosesidir. Bu proses xidmət təşkilatının göstərdiyi xidmətləri müştərilərin düzgün qiymətləndirmələrinə və dürüst seçim etmələrinə kömək etməlidir. Müştəriyə maddi material forması olmayan mücərrəd bir şey satıldığından xidmətin reallaşdırılması prosesi çox mürəkkəb gedir.
Xidmət marketinqi bizim ölkədə təbii təkamül inkişaf yolu və təcrübə toplanılması mərhələsini keçir. Xidmət sahəsi və bu sferada marketinq fəaliyyətinin mürəkkəbliyi və özünəməxsus cəhətləri indi məsləhətçilik fəaliyyəti, sığorta firmaları, ticarət, dəmiryolu, banklar, fond birjaları və sənaye müəs sisələrinin qarşılıqlı əlaqələrində özünü daha qabarıq göstərir.