Kərkük sevdalı elm adamı
Müəllif | Arəstə Paşayeva |
---|---|
Nəşr olunduğu il | 2013 |
Elm sahəsi | Elm və təhsil |
Nəşriyyat | Təhsil |
Nəşr yeri | Bakı |
Arəstə Paşayeva. Kərkük sevdalı elm adamı. Bakı, Təhsil, 2013.
XX əsrin 70-ci illərindən günümüzədək prof. Qəzənfər Paşayevin yaradıcılığına həsr olunan elmi və elmi-publisistik yazılan içinə alan bu kitabın 1-ci bölümündə Türkiyə və İraqda türkcə və ərəbcə çıxan və Quzey Azərbaycanda çap olunan məqalələr yer alır. İkinci bölümdə görkəmli alim və qələm sahiblərinin Prof. Q.Paşayev haqqında ürək sözləri verilmişdir. Üçüncü bölümdə Türkiyə və İraqda türkcə çıxan, lakin Azərbaycanda işıq üzü görməyən məqalələr toplanmışdır. Kitabda, Q.Paşayevin həyatı, yaradıcılığı və çap etdirdiyi əsərləri barədə məlumat, eləcə də həmin kitabların üz qabığı tarixi ardıcıllıqla təqdim edilir. Görkəmli alimlərdən Prof. Dr. İhsan Doğramacı, Prof.Dr. Sübhi Saatçı, Prof.Dr. Mahir Naqib, Prof.Dr. Mustafa Arqunşah, Prof.Dr. İsa Ozqan, Prof.Dr. Cəlal Ərtuq, Prof.Dr. Babək Qurbanov, Prof.Dr. Əflatun Nemətzadə və bir çox başqalarının yazılarında Prof. Paşayevin gördüyü gərəkli işin miqyası gündəmə gətirilir