GERIYƏ

Mən jurnalistəm...

Müəllif Elmira Əhmədova
Nəşr olunduğu il 2017
Elm sahəsi Ədəbiyyat və dilçilik
Nəşriyyat Apostroff
Nəşr yeri Bakı

Elmira Əhmədova. Mən jurnalistəm... . Bakı, Apostroff, 2017.

Azərbaycanın istedadlı jurnalisti, həyatdan vaxtsız getmiş Elmira Əmrahqızına həsr olunmuş bu kitabda Elmira xanımın doğmalarının, yaxınlarının, həmkarlarının onun haqqında ilk dəfə nəşr edilən xatirələri toplanıb. Elmira Əmrahqızının jurnalistlik fəaliyyəti hələ keçən əsrin 70-ci illərində başlamışdır. Xalqımızın tarixinə qanlı hərflərlə yazılmış 1990-cı ilin faciəli 20 Yanvar günlərində Elmira Əmrahqızının Avropada yayımlanan "Azadlıq" radiosundan həyəcanla dediyi "Mən jurnalistəm! Bakıdan danışıram!" sözləri milyonlarla insana Azərbaycanda dayaq, xaricdəki soydaşlarımıza isə obyektiv məlumat olaraq onları silahlandırdı. Elmira Əmrahqızı Prezident Heydər Əliyevin xarici səfərlərini işıqlandıran mətbuat qrupunda həmin dövrün özünəməxsus çətin, gərgin anlarında bütün sınaqlardan mətanətlə çıxdı. Prezidentin hər bir görüşünü, apardığı danışıqları, siyasi publisistikanın nadir inciləri sırasına daxil olan parlaq nitqlərini anbaan izləyib nəinki Azərbaycana, dünya ictimaiyyətinə çatdıra bildi. Onun yazılarında mövzu, əsasən Dağlıq Qarabağ problemi və Azərbaycanın müstəqilliyə doğru gedən yolu idi