Naxçıvan şəhəri: tarixi-siyasi və mədəni inkişafı (XIX əsr)
Müəllif | Arzu Abdullayev |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyi |
Nəşr yeri | Bakı |
Arzu Abdullayev. Naxçıvan şəhəri: tarixi-siyasi və mədəni inkişafı (XIX əsr). Bakı, "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyi, 2024.
Dərs vəsaitində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan şəhərinin XIX əsr tarixi kompleks şəkildə araşdırılır. Naxçıvan şəhərinin Rusiya imperiyası tərəfindən işğalı, bölgənin inzibati-ərazi quruluşunda dəyişikliklər və idarəçilik sistemi, sosial-iqtisadi və mədəni həyatı, ermənilərin Naxçıvana köçürülməsi elmi dövriyyəyə yeni cəlb edilmiş sənəd və materiallar əsasında öyrənilir. Təqdim edilən dərs vəsaiti ali məktəblərin tarix ixtisasının tələbələri, magistrləri, doktorant və dissertanları üçün nəzərdə tutulur.