Ağdam ağrıları
Müəllif | BAXŞEYİŞ ABBASOĞLU |
---|---|
Nəşr olunduğu il | 2003 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Şuşa |
Nəşr yeri | Bakı |
BAXŞEYİŞ ABBASOĞLU. Ağdam ağrıları. Bakı, Şuşa, 2003.
"Ağdam ağrıları" kitabında 1988-ci ilin fevral ayından alovlanmış Ermənistan Azərbaycan (Qarabağ) müharibəsində 5 il gecəli gündüzlü düşmənin qarşısında basılmaz qalaya çevrilmiş Ağdam rayonunun ağrı acıları, onun itkiləri, vurulan ziyanları, habelə qəhrəmanlıqları xalqımızın qürur və iftixar rəmzinə çevrilən igid və cəsur şəhid ağdamlı döyüşçülərin və mülki vətəndaşların haqqında məlumat əks olunur. Hər bir fakt, rəqəm haqqında dəqiq məlumat rəsmi mənbələrdən, hər bir şəhid döyüşçü barəsində məlumat onların xidmət etdikləri hərbi hissələrdən, Ağdam rayon İcra Hakimiyyəti Başçısının ərazi nümayəndəliklərindən, habelə şəhidlərin yaxınlarından əldə edilmişdir. Kitabdakı məlumatların toplanmasında köməyi olmuş hər kəsə minnətdarlığımızı bildiririk!