Azərbaycan-YUNESKO: insan hüquqlarına əsaslanan tərəfdaşlıq
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2014 |
Elm sahəsi | Hüquq elmləri |
Nəşriyyat | RS Poliqraf MMC |
Nəşr yeri | Bakı |
. Azərbaycan-YUNESKO: insan hüquqlarına əsaslanan tərəfdaşlıq. Bakı, RS Poliqraf MMC, 2014.
Qloballaşan dünyada informasiya mübadiləsi, beynəlxalq əməkdaşlıq cəmiyyətin ən qiymətli resursuna çevrilmişdir. Bu gün insan hüquqlarının milli sədləri aşaraq beynəlxalq aləmdə özünə yer tutması, dünya birliyində sülhün, inkişafın, humanizmin, bərabərliyin bərqərar olunmasına mühüm töhfə verir. Azərbaycan xalqının əvəzsiz tarixi nailiyyəti 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyinin yenidən qazanılması oldu Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin 1993- cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi, xalqın fıravanlığı və ölkənin davamlı inkişafına xidmət edən siyasi kursun həyata keçirilməsi ictimai-siyasi sabitlik, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində real addımların atılması ilə nəticələndi. Bununla, həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemində iştirakının yeni mərhələsi başlandı və ölkəmiz bu sistemdə özünəməxsus mövqe nümayiş etdirən müstəqil tərəfə çevrildi.