Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər
Müəllif | Eldar Allahyar oğlu Quliyev |
---|---|
Nəşr olunduğu il | 2018 |
Elm sahəsi | Ekologiya |
Nəşriyyat | Kooperasiya |
Nəşr yeri | Bakı |
Eldar Allahyar oğlu Quliyev. Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər. Bakı, Kooperasiya, 2018.
2017-ci ilin noyabr ayında İtaliyanın paytaxtı Romada bu kitabın ingilis dilində geniş təqdimatı keçirilmişdir. 8 ölkənin tanınmış elm və təhsil ocaqlarının, akademik dairələrin, Romada yerləşən beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələrinin, Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşlarının iştirak etdiyi təqdimatda professor Eldar Quliyevə müəllifi olduğu həmin kitabın dünyəvi əhəmiyyət daşıdığına görə BMT-nin İctimai Mükafatlar üzrə Şurası tərəfindən “İlin kitabı” beynəlxalq mükafatı təqdim edilmiş, BMT-nin İsveçrədə yerləşən mərkəzi kitabxanasının fonduna qəbul edilmişdir.