GERIYƏ

İSLAM MEMARLIĞI VƏ İNŞAAT

Müəllif Arif Xanlar oğlu Abasov, Elçin Arif oğlu Abasov, Elmira Novruz qızı Hüseynova
Nəşr olunduğu il 2010
Elm sahəsi Mədəniyyət
Nəşriyyat
Nəşr yeri Bakı

Arif Xanlar oğlu Abasov, Elçin Arif oğlu Abasov, Elmira Novruz qızı Hüseynova. İSLAM MEMARLIĞI VƏ İNŞAAT. Bakı, , 2010.

Qədim Azərbaycan xalqı zəngin ədəbi-bədii, mədəni və dini irsə, böyük tarixə malikdir. Keçmişimizin maddi və mənəvi sərvətlərinin qorunub saxlanmasında və bu günə gəlib çatmasında İslam dininin rolu ölçülməzdir. Bu barədə çoxsaylı elmi, bədii, fəlsəfi əsərlər yazılsa belə, İslamın genişliyini tam əhatə edə bilməz. "Bakı- İslam mədəniyyətinin paytaxtı-2009" mədəniyyət ilinin təntənəli açılışı mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi islam qardaşlıq dinidir, toleranlıq, dözümlülük dinidir. Dnyada bizim müqəddəs dinimız olduğu kimi təqdim edilməlidir. Bütün İslam dünyasının özünü təqdim etməsi üçün atılan addımlar mədəniyyət sahəsində də özünü büruzə verməlidir.Çünki İslam dünyasının çox zengin tarixi, çox zəngin mədəniyyəti vardır..."