Zülmət gecələr
Müəllif | Ramiz Abbaslı |
---|---|
Nəşr olunduğu il | 2008 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Nərgiz |
Nəşr yeri | Bakı |
Ramiz Abbaslı. Zülmət gecələr. Bakı, Nərgiz, 2008.
“Zülmət gecələr” mənim XXI əsrdə işıq üzü görən ilk kitabımdır. Ötən əsrdə iki kitabım (“Yeddi kəndin məktəbi” və “İlğım”) çap olunubdu. Son beş-altı ildə, əsasən, dövrü mətbuatda çıxış eləməyə üstünlük vermişəm: qəzet və jurnal səhifələrində hekayələrim çap olunub. Mən həm də bədii tərcüməylə məşqulam: dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini azərbaycan dilinə tərcümə eləyib, qəzet və jurnallarda çap etdirirəm. Çox təəssüflər olsun ki, tərcümə elədiyim əsərləri kitab şəklində çap etdirmək hələ ki mümkün deyil.