Üzeyir Hacıbəyov ensiklopediyası
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2007 |
Elm sahəsi | Mədəniyyət |
Nəşriyyat | Şərq-Qərb |
Nəşr yeri | Bakı |
. Üzeyir Hacıbəyov ensiklopediyası. Bakı, Şərq-Qərb, 2007.
Üzeyir Hacıbəyov ensiklopediyası üzərində işə əməli olaraq 1985 ildə bəstəkarın anadan olmasının 100 illik yubileyindən sonra başlansa da, bu ideya məndə hələ 1975 ildə, o dövrdə respublikamıza rəhbərlik edən Heydər Əliyevin təşəbbüsü və fəal iştirakı ilə Bakıda Üzeyir Hacıbəyovun xatirə ev-muzeyinin açıldığı vaxtlarda yaranmışdı. Bu məqsədlə təşkil olunmuş işgüzar qrup fasilələrlə də olsa, ensiklopediyanın yaradılması üzrə iş aparırdı. Üzeyir bəyin 90, 100 və 110 illik yubileylərinin keçirilməsinin bilavasitə təşkilatçısı möhtərəm Prezidentimiz Heydər Əliyev dahi bəstəkarın 110 illik yubileyindəki parlaq çıxışında onun yaradıcılığını, xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək demişdir: "Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur".