GERIYƏ

MİLLİ İDEOLOGİYA PROBLEMİNƏ TARİXİ-FƏLSƏFİ BAXIŞ (II hissə)

Müəllif FAİQ ƏLƏKBƏROV
Nəşr olunduğu il 2014
Elm sahəsi Tarix
Nəşriyyat Elm və təhsil
Nəşr yeri Bakı

FAİQ ƏLƏKBƏROV. MİLLİ İDEOLOGİYA PROBLEMİNƏ TARİXİ-FƏLSƏFİ BAXIŞ (II hissə) . Bakı, Elm və təhsil, 2014.

Müəllif monoqrafiyanın II hissəsində, ilk dəfə XIX-XX əsrlərdə Azərbaycanda gedən ideoloji proseslərdəki ikili xətti: 1. İslam-Türk mədəniyyəti və ideologiyası: islamlaşmaq, türkləşmək, müasirləşmək, milli azərbaycançılıq; 2. Rus Avropa-Qərb mədəniyyəti və ideologiyası: qərbpərəstlik, avropasayağı «molla nəsrəddinçilik», milli bolşevizm-sosializm, sovet azərbaycançılığı müəyyənləşdirmişdir. Bu metod əsasında hər iki xəttin nümayəndələrinin XX əsrdə və günümüzdə müdafiə etdikləri ideyaların mahiyyəti açıqlanmaqla yanaşı, kitabda müəllifin Azərbaycan Milli İdeyası və Azərbaycan Milli İdeologiyasına tamamilə yeni yanaşması, mövqeyi geniş şəkildə öz əksini tapmışdır. Özəlliklə, milli ideyaların çağdaş dövrdə nə dərəcədə akutallığı məsələsi araşdırılmış, yeni fikirlər irəli sürülmüşdür. Eyni zamanda, monoqrafiyada milli şüur məsələsi, milli şüurun dini dəyərlər və vətəndaş cəmiyyəti ilə oxşar və fərqli cəhətləri ilk dəfə tədqiqata cəlb edilmişdir.