EKRAN PUBLİSİSTİKASI: İnkişaf tarixi və nəzəriyyəsi. Dərs vəsaiti.
Müəllif | Könül Hümmət qızı Yusifova |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | Elm və təhsil |
Nəşriyyat | Afpoliqraf |
Nəşr yeri | Bakı |
Könül Hümmət qızı Yusifova. EKRAN PUBLİSİSTİKASI: İnkişaf tarixi və nəzəriyyəsi. Dərs vəsaiti. . Bakı, Afpoliqraf, 2019.
Dərs vəsaiti hazırlanarkən sənədli ekran yaradıcılığının problemlərini araşdıran Azərbaycan tədqiqatçı-alimlərindən Y.Əlizadə, A.Dadaşov, E.Quliyev, M.Rzayeva, Q.Məhərrəmli, N.Əhmədli, C.Məmmədli, Z.Məmmədli və başqalarının elmi monoqrafiyaları, dövri mətbuatda dərc olunan məqalələri diqqətlə nəzərdən keçirilib. Rusdilli nəzəriyyəçi-tədqiqatçılarından Ə.Bağırov, D.Vertov, S.Eyzenşteyn, S.Drobaşenko, L.Roşal, R. Boretski, V.Yeqorov, Q.Kusnetsov, V.Sap- pak, S.Muratov, V.Tsvik, V.Saruxanov, A.Yurovski, eləcə də digərlərinin əsərlə- rindən əsas mənbə bazası olaraq istifadə edilib. Sənədli filmlərlə bağlı ABŞ, Fransa, İngiltərə, Almaniyada formalaşan nəzəriyyələrin müqayisəli şəkildə təhlil olunması üçün C.Sadul, J.Delyoz, O.Salkeld kimi tanınmış tədqiqatçıların araşdırmalarına müraciət edilib.
Ekran publisistikasına dair xarici internet ünvanları ilə yanaşı müstəqil lik illərində, eləcə də sovet gönəmində Azərbaycan film yaradıcıları tərəfindən ərsəyə gətirilmiş çoxsaylı sənədli telefilmlər də mənbə bazası olaraq istifadə edilib