FÜZULİ SÖZÜ
Müəllif | Sabir Əlim Xəliloğlu |
---|---|
Nəşr olunduğu il | 2005 |
Elm sahəsi | Ədəbiyyat və dilçilik |
Nəşriyyat | Adiloğlu |
Nəşr yeri | Bakı |
Sabir Əlim Xəliloğlu. FÜZULİ SÖZÜ. Bakı, Adiloğlu, 2005.
Azərbaycan bədii ədəbiyyatının klassik dövrü işləndikcə açılıb genişlənən tükənməz bir sərvətdir. Əgər müasir ədəbiyyatın ən yaxşı nümunə və şedevrlərinin də nə zamansa klassikaya çevriləcəyini düşünəcək, onda bütün aydınlığı ilə məlum olar ki, klassik ədəbiyyat nə qədər geniş bir anlayışdır. Xaqani, Nizami, Həsə noğlu, Bürhanəddin, Nəsimi, Həbibi, Xətai, Füzuli, Saib, Qövsi, Məsihi, Vidadi, Vaqif, Zakir, Seyyid, Sabir, Cavid, Hadi, Vahid, Vurğun və başqaları bu bədii mədəniyyəti çiynində aparan təkrarsız bədii söz ustalarndır. Kitabda bu şairlərin bir qisminin yaradıcılığına ətraflı nəzər salınır, bəziləri haqqında isə ayrıca oçerklər verilir. Xüsusilə, Füzuli, Seyyid, Sabir, Vahid şerinin poetikası əhatəli bir şəkildə tədqiq olunur