GERIYƏ

Zəngəzurda doğuldular, Anadoluda əbədiyyətə qovuşdular

Müəllif Nərimanoğlu Hacı
Nəşr olunduğu il 2012
Elm sahəsi Tarix
Nəşriyyat YEK Production
Nəşr yeri Bakı

Nərimanoğlu Hacı. Zəngəzurda doğuldular, Anadoluda əbədiyyətə qovuşdular. Bakı, YEK Production, 2012.

Kitabda əsrlərlə Azərbaycanın bir parçası olmuş Zəngəzur mahalının kəşməkeşli tarixi vərəqlənir, bölgənin hər bir azərbaycanlının qəlbində sağalmaz yaraya çevrilmiş nisgilli keçmişi, ağrılı faciələri yada salınır, taleyin acı hökmü ilə bu torpaqdan baş götürüb qardaş Anadolu torpaqlarına mühacirət etməyə məcbur qalan, Azərbaycan həsrəti ilə yaşayıb türk-islam dünyasına dəyərli xidmətlər göstərən tanınmış şəxsiyyətlərin şərəfli ömür yoluna nəzər salınır, zəngin mədəniyyətə, bənzərsiz təbiətə malik olan Zəngəzur ellərindən köçləri şərtləndirən tarixi, mənəvi amillər barədə oxuculara bilgi verilir.