Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri
Müəllif | Boran Əziz |
---|---|
Nəşr olunduğu il | 2008 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Azərnəşr |
Nəşr yeri | Bakı |
Boran Əziz. Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri. Bakı, Azərnəşr, 2008.
Kitabda Xocalı soyqırımının baş verdiyi tarixi şərait və həyata keçirilmə üsulları, səbəbləri faktlar və sənədlər əsasında müqayisəli şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində bu qənaətə gəlinmişdir ki, Xocalı soyqırımını həyata keçirən təşkilatçının və sifarişçinin başlıca məqsədi xalqımızı müstəqillik yolundan döndərmək, onu yenidən öz təsir dairəsinə qaytarmaqdan ibarət olmuşdur. Bu soyqırımda icraçı kimi iştirak edən ermənilərin əsas məqsədi Qarabağı və digər ərazilərimizi işğal etmək idi. Düşmənlər məqsədlərinə çatmaq üçün xalqımıza qarşı görünməmiş vəhşiliklərlə, insanlığa yaraşmayan üsullarla dəhşətli soyqırım həyata keçirmişlər. Bunun nəticəsində torpaqlarımızın bir hissəsi işğal olunmuş, minlərlə azərbaycanlı qətlə yetirilmişdir. Ancaq düşmənlərin xalqımızı qorxutmaq və onu müstəqillik ideallarından uzaqlaşdırmaq cəhdi baş tutmamışdır.