GERIYƏ

Xocalı Soyqırımı - 1992

Müəllif
Nəşr olunduğu il 2006
Elm sahəsi Tarix
Nəşriyyat Əbilov, Zeynalov və oğulları
Nəşr yeri Bakı

. Xocalı Soyqırımı - 1992. Bakı, Əbilov, Zeynalov və oğulları, 2006.

Azərbaycan xalqı Şərq və Qərbin qovuşduğu, müxtəlif geosiyasi maraqların kəsişdiyi bir məkanda tarix boyu öz müstəqillik əzmini yaşatmış və zəngin mədəniyyətə. qədim dövlətçilik ənənəsinə malik yetkin bir millət kimi formalaşmışdır. Lakin bu mürəkkəb regionda əsrlərlə gedən tarixi-siyasi proseslər, xüsusən erməni şovinizmi nəticəsində azərbaycanlılar hərbi münaqişələrə cəlb olunmuş, ərazilərinin bir hissəsi işğal edilmiş, həmvətənlərimizə qarşı qətliamlar, soyqırımları törədilmişdir. Ənənəvi erməni şovinist millətçi siyasəti XX əsrin sonlarında Cənubi Qafqazda sabitliyi bir daha pozdu, yeni tarixi faciələrə səbəb oldu. 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaqlarını, milli mədəniyyətimizin qədim mərkəzlərindən olan Dağlıq Qarabağı Ermənistana birləşdirmək iddiaları ilə başlayan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq 18 ildir davam edir. Bu münaqişə nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20%-i işğal olunmuş, bir milyonluq qaçqın və məcburi köçkün ordusu yaranmışdır.