21 Azər soyqırımı: 1946-1947-ci illərdə Cənubi Azərbaycanda kütləvi qırğınlar
Müəllif | Əlizadə Hüseyn |
---|---|
Nəşr olunduğu il | 2017 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Əlizadə Hüseyn. 21 Azər soyqırımı: 1946-1947-ci illərdə Cənubi Azərbaycanda kütləvi qırğınlar. Bakı, Elm və təhsil, 2017.
Oxuculara təqdim olunan kitab Pəhləvi şah rejimi dövründə İranda öz milli və mədəni hüquqlarını qorumaq uğrunda mübarizəyə qalxmış və Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi ilə 12 dekabr (şəmsi təqvimi ilə “21 Azər” günü) 1945-ci il tarixində Milli Hökuməti qurmuş xalqımıza və onun vətənpərvər övladlarına qarşı 1946-47-ci illərdə rejim tərəfindən soyuqqanlılıqla və qəddarlıqla törədilən kütləvi qırğınlar, qətl və qarətlərin tarixi təhlilinə həsr edilib. Bugünə qədər az məlum olan, elmi ədəbiyyatda kifayət qədər işıqlandırılmayan, sözün əsl mənasında soyqırım mahiyyəti daşıyan bu olaylar haqqında məlumat toplamaq məqsədi ilə müəllif hadisə iştirakçıları və şahidlərinin xatirələrindən, uzun bir dövr ərzində çap edilmiş müxtəlif və çoxlu sayda mətbuat orqanları səhifələrindəki materiallardan, həmin hadisələri əks etdirən gizli hərbi və polis raportlarından, 1941-1946-cı illərdə Cənubi Azərbaycanda milli-demokratik hərəkata həsr edilmiş elmi-tədqiqat əsərlərindən istifadə etmişdir. Kitab tarixçi alimlər, tələbələr və xalqımızın tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.