GERIYƏ

Davamlı və inklüziv inkişafın idarə edilməsi kursunun öyrənilməsinə dair. Dərs vəsaiti

Müəllif Pənahova Günay
Nəşr olunduğu il 2024
Elm sahəsi İqtisad elmləri
Nəşriyyat "UNEC" Nəşriyyatı
Nəşr yeri Bakı

Pənahova Günay. Davamlı və inklüziv inkişafın idarə edilməsi kursunun öyrənilməsinə dair. Dərs vəsaiti. Bakı, "UNEC" Nəşriyyatı, 2024.

Qloballaşan dünyada ölkəmizin milli iqtisadiyyatı elə bir mərhələyə daxil olmuşdur ki, onun gələcək inkişafı həlledici dərəcədə onun davamlı və inklüziv inkişaf konsepsiyasına keçdi ilə birbaşa bağlıdır. Bu isə öz növbəsində indiki və gələcək nəsillərin maraq və mənafelərini nəzərə alaraq davamlı və inklüziv inkişafın idarə olunan bir proses kimi həyata keçirilməsini tələb edir. Bu baxımdan oxucuya təqdim olunan dərs vəsaitində əsas diqqət davamlı və inklüziv inkişafın mahiyyəti və prinsipləri, davamı inkişaf konsepsiyasına keçidin zərurəti əsaslandırılır, daha sonra davamlı inkişafın başıca məqsədləri və onların xarakterik cəhətləri, davamlı inkişafın iqtisadi,sosial, ekoloji indikatorları, inklüziv inkişafın mahiyyəti və nəzəri əsasları açıqlanır, davamlı inklüziv inkişafa keçiddə insan. kapitalının, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin həlledici rolu şərh edilir, sonda Azərbaycanın davamlı inklüziv inkişaf konsepsiyasına keçidin qanunauyğunluqları, xüsusiyyətləri, imkanları, nəzəri metodoloji və əməli baxımdan araşdırılır, müvafiq ümumiləşdirmələr edilir.