GERIYƏ

ORQAN TRANSPLANTASİYASI. Monoqrafiya

Müəllif EMİL ALMƏMMƏD OĞLU İSKƏNDƏROV
Nəşr olunduğu il 2022
Elm sahəsi Tibb elmləri
Nəşriyyat ATU-nun Nəşriyyat-Poliqrafiya şöbəsi
Nəşr yeri Bakı

EMİL ALMƏMMƏD OĞLU İSKƏNDƏROV. ORQAN TRANSPLANTASİYASI. Monoqrafiya. Bakı, ATU-nun Nəşriyyat-Poliqrafiya şöbəsi, 2022.

Bu kitabın yazılmasında əsas məqsədlər: ilk səviyyə tibbi yardım mütəxəssisləri tərəfindən transplantasiyaya ehtiyacı olan xəstələrin erkən aşkar edilməsi, müvafiq müayinələrin aparılması və diaqnozun dəqiqləşdirilməsi; həmin xəstələrin ixtisaslaşdırılmış mərkəzlərdə çalışan mütəxəssislərə yönləndirmə qaydaları; orqan transplantasiyası üçün önəmli olan müayinə və müalicə üsullarının ətraflı izahının təqdim edilməsi olmuşdur. Digər tərəfdən, ixitsaslaşdırılmış mərkəzlərdə və elmi-tədqiqat institutlarında çalışan mütəxəssislər üçün orqan transplantasiyası əməliyyatlarının özəl məqamlarının izahlı şəkildə şərhi kitabda öz əksini tapmışdır. Orqan transplantasiyasına aid olan məlumatlar kitabda ümumi və xüsusi bölmələrə ayrılmışdır. Ümumi bölmədə transplantasiyanın tarixi, orqan köçürülməsi zamanı diqqətə alınması vacib olan immunoloji məqamlar, immunsupressiv terapiyanın əsasları, transplantasiya üçün göstərişlər, canlı verici və beyin ölümü keçirmiş şəxslərdən orqan götürülməsinin etik və qanuni tərəfləri, əməliyyatdan sonrakı ağırlaşmalar, farmakoterapiyanın əsas məqam ları öz əksini tapmışdır