Şuşa şəhəri: Təbrizli məhəlləsi
Müəllif | Ənvər Çingizoğlu |
---|---|
Nəşr olunduğu il | 2012 |
Elm sahəsi | Mədəniyyət |
Nəşriyyat | «Zərdabi LTD» MMC |
Nəşr yeri | Bakı |
Ənvər Çingizoğlu. Şuşa şəhəri: Təbrizli məhəlləsi. Bakı, «Zərdabi LTD» MMC, 2012.
Jurnalist-etnoqraf Ənvər Çingizoğlunun bu kitabı Azərbaycan xalqının mədəniyyətində mühüm rol oynamış Şuşa şəhərinin ilk məhəllələrindən biri olan Təbrizli məhəlləsindən və sakinlərinin yaşam yolundan bəhs edir. XVIII. XIX, XX yüzilliklərdə Təbrizli məhəlləsində baş verən önəmli hadisələr, şəhərin iqtisadi, mədəni həyatı sənədlərlə, şahidlərin bilgisi ilə qələmə alınaraq oxucuların önünə çıxarılıb. Kitabda arxiv materiallarından istifadə edilməklə Təbrizli məhəlləsinin demoqrafik mənzərəsi, məhəllə sakinlərinin şəcərəsi yaradılıb. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub