GERIYƏ

Tarixi faciələrimiz: deportasiya, repressiya və soyqırımı

Müəllif Bayramov Aslan Əhmədxan oğlu
Nəşr olunduğu il 2015
Elm sahəsi Tarix
Nəşriyyat AM965 MMC-nin mətbəəsi
Nəşr yeri Sumqayıt

Bayramov Aslan Əhmədxan oğlu. Tarixi faciələrimiz: deportasiya, repressiya və soyqırımı. Sumqayıt, AM965 MMC-nin mətbəəsi, 2015.

Kitabda Azərbaycanşünaslığın əsas tədqiqat sahələrindən biri olan deportasiya, repressiya və soyqırımı tariximiz əks olunur. Burada Rusiya dövlətinin Cənubi Qafqaz və Anadolu siyasəti, İrəvan, Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğalı, İrəvan xanlığı ərazisində ermənisiz "Erməni vilayəti"nin yaradılması və s. məsələlər göstərilir. Bununla belə, rus, ingilis və fransız silahı və əsgər forması ilə təchiz olunan ermənilərin Anadolu və Cənubi Qafqazda türk-müsəlman əhaliyə qarşı törtədikləri saysız-hesabsız qətliamlar, azərbaycanlıların demoqrafik vəziyyəti, onların məhvinə yönəldilmiş soyqırımları, köçürmə və sürgünlər şərh edilir. Xüsusilə ermənilərin Cənubi Qafqaza haradan və neçənci illərdə gəlmələri erməni mənbələrindən götürülmüş sənədlərlə əsaslandırılır. Bununla belə, Qərbi Azərbaycanda yer yaddaşının - yer-yurd adlarının da soyqırımına məruz qalması faktlarla təqdim olunur. Kitabda verilən statistik cədvəllər əsərin məzmununu tamamlayır. Kitabdan bakalavr, magistr və doktorantlar, eləcə də müəllimlər dərs vəsaiti kimi faydalana bilər.