AZƏRBAYCAN qəzeti. Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin orqanı (1945- 1946-cı illər, Təbriz), I hissə
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2022 |
Elm sahəsi | Elm və təhsil |
Nəşriyyat | Elm |
Nəşr yeri | Bakı |
. AZƏRBAYCAN qəzeti. Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin orqanı (1945- 1946-cı illər, Təbriz), I hissə. Bakı, Elm, 2022.
Birinci sayı 1945-ci il sentyabr ayının 5-də çapdan çıxmış "Azərbaycan" qəzetində (Azərbaycan Demokrat Firqəsinin orqanı) 1945-1946-cı illərdə Cənubi Azərbaycanda baş vermiş 21 Azər inqilabı və onun nəticəsində təşkil edilmiş Milli Məclis və Milli hökumətin ictima, iqtisadi və mədəni sahələrdə fəaliyyəti, həyata keçirdiyi islahatlar, Azərbaycan Demokrat Firqəsinin azərbaycanlıların İran daxilində müxtariyyət əldə etmək və milli-demokratik hüquqlar uğrunda mübarizəsi, onun qələbəsi barədə məlumatlar və siyasi fəaliyyətini əks etdirən gündəlik xəbərlər öz əksini tapmışdır. "Azərbaycan" qəzeti o dövrün beynalxalq mühitində İranda Azərbaycan məsələsinin həllinə münasibətdə qonşularımızın, dünyanın aparıcı dövlətlərinin və beynəlxalq təşkilatların münasibətini sərgiləmiş, sinfi fərqləri nəzərə almadan zülm və əsarətə məruz qalmış bütün xalqı ADF ətrafında sıx birləşməyə, istibdad hakimiyyətinə qarşı mübarizə aparmağa və fəaliyyət göstərməyə çağırmışdır. "Azərbaycan" qəzeti səhifələrində tariximizin, şifahi xalq və milli ədəbiyyatımızın ən gözəl nümunələri çap olunmaqla adıgedən sahələrin demokratik prinsiplər əsasında inkişafına böyük təkan vermişdir. "Azərbaycan" qəzeti İrandakı azərbaycanlılara milli mənlik, milli kimlik hisslərini aşıladı, onların milli şüurunun formalaşmasında böyük rol oynadı, İran kimi çoxmillətli bir ölkədə milli-mədəni, hətta siyasi muxtariyyət əldə etmək, federativ dövlət quruluşuna nail olmaq imkanlarını təbliğ etməklə, bu təcrübəni bütün dünyaya yaydı, Azərbaycan Milli Hökumətinin həyata keçirdiyi islahat tədbirlərini təbliğ etməklə, xalqda milli dövlətçiliyə güclü inam yaratdı, onun mümkünlüyünü, qurulması yollarını, formasını sərgilədi və azərbaycançılığı İran miqyasında yaşayan digər millət və xalqlar üçün nümunə kimi ortaya qoydu