GERIYƏ

Azərbaycan Respublikasında iqtisadiyyatın davamlı inkişafının strateji istiqamətləri

Müəllif Elşən Əli oğlu İbrahimov
Nəşr olunduğu il 2023
Elm sahəsi İqtisad elmləri
Nəşriyyat "Kooperasiya" nəşriyyatı
Nəşr yeri Bakı

Elşən Əli oğlu İbrahimov. Azərbaycan Respublikasında iqtisadiyyatın davamlı inkişafının strateji istiqamətləri. Bakı, "Kooperasiya" nəşriyyatı, 2023.

Monografiya müasir dövrdə milli iqtisadiyyatın gücləndirilməsi prioritetlərinə uyğun davamlı inkişafın təmin olunması problemlərinin həllinə həsr olunmuşdur. Xüsusən də bu inkişafın maliyyə-investisiya mənbələrinə və onlardan daha səmərəli istifadə olunmasına dair bir sıra araşdırmalar aparılmışdır. Həmçinin qlobal iqtisadi meyillər də nəzərə alınmaqla iqtisadiyyatda davamlı inkişafın təmin olunmasının əsas cəhətlərinin xarakterizə edilməsi də monoqrafiyanın əsas ideya xəttini təşkil edir. Qeyd edilənlərlə yanaşı, monoqrafiyada diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, milli iqtisadiyyatda rəqabətqabiliyyətliliyin və davamlı iqtisadi inkişafın təmin olunmasında qarşılıqlı asılılıq, investisiyayönümlülük, modernləşdirmə və səmərəlilik amilləri də sistemli şəkildə tədqiq edilmiş və bir sıra elmi-təcrübi əhəmiyyətli təklif və tövsiyələr irəli sürülmüşdür.